Eksperimental arxeologiya

Vikinq üsulu ilə möhrə divarın tikilməsi

Eksperimental arxeologiya (həmçinin eksperiment arxeologiyası adlanır) qədim mədəniyyətlər zamanı mövcud olan əşyalar və ya texnologiyaları sınaqdan keçirməyə cəhd edən bir tədqiqat sahəsidir. Arxeologiyanın bu sahəsində qədim tikililər və ya artefaktlar kimi arxeoloji materiallara əsaslanan bir sıra metodlar, üsullar, təhlillər və yanaşmalardan istifadə edilir.[1]

Eksperimental arxeologiyanın əsas formalarından biri yalnız tarixi dəqiqlikli texnologiyalardan istifadə etməklə tarixi strukturların surətlərinin yaradılmasıdır. Bu sahəni bəzən "yenidənqurma arxeologiyası" da adlandırırlar. Lakin yenidənqurma dedikdə keçmişdə mövcud olan bir şeyin dəqiq surətinin yaradılması nəzərdə tutulur. Eksperimental arxeologiya isə əslində müasir insanın keçmiş haqqında təsəvvürü nəticəsində yaradılan əşya və ya tikilidir. Bu baxımdan yanaşdıqda "keçmişin işlək konstruksiyası" arxeoloji cəhətdən daha düzgün termindir. Son illərdə eksperimental arxeologiya haqqında BBC-də "Mümkün Olmayanları Qurmaq"[2] və PBS-də "İtirilmiş İmperatorluqların Sirləri"[3] adlı sənədli filmləri nümayiş etdirilmişdir.

  1. Experimental archaeology is "Within the context of a controllable imitative experiment to replicate past phenomena in order to generate and test hypotheses to provide or enhance analogies for archaeological interpretation" (Mathieu, 12)
  2. "Building the Impossible". 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16 – www.imdb.com vasitəsilə.
  3. "NOVA Online – Secrets of Lost Empires". www.pbs.org. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search